Məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesində prioritet olan kateqoriyalar açıqlanıb.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bildirib. Onun sözlərində görə,
– Şəhid ailələrinin övladları;
– Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
– Tək işləyən valideynlərin uşaqları;
– Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
– Hərbi xidmətdə olan valideynlərin uşaqları;
– Təhsil alan anaların uşaqları;
– Çoxuşaqlı ailələrdən olan uşaqlar;
– Qəyyumluqda olan uşaqlar prioritet kateqoriyalara aid şəxslərdir.