“BİRLƏŞDİK – 2024” TƏLİMİNDƏ İŞTİRAK EDƏCƏK HƏRBÇİLƏRİMİZ QAZAXISTANDADIR

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın “Oymaşa” təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda iyulun 11-dən etibarən “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimdə ölkəmizi təmsil edəcək Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri Qazaxıstandadır.

Qeyd edək ki, birgə əməliyyat-taktiki komanda-qərargah təlimi iyulun 17-dək davam edəcək.