YOL TİKİNTİSİ İLƏ ƏLAQƏDAR AVTOMOBİLLƏRİN SARAY QƏSƏBƏSİNƏ GİRİŞ-ÇIXIŞI MƏHDUDLAŞDIRILACAQ

İyulun 9-da saat 10:00-dan etibarən Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq, yolun 19-cu kilometrindən Saray qəsəbəsinə giriş-çıxış hissə avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məhdudlaşma sözügedən hissədə aparılan tikinti işləri yekunlaşanadək qüvvədə olacaq.

Sürücülər alternativ olaraq qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun 17-ci kilometrindən istifadə edə bilərlər.