Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyun ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.
Agentlikdən bildirilib ki, ötən ay 308 nəfər müraciət edən şəxsdən 237-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 71 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbindən 56, təhsil formasına görə 4, akkreditasiyasız ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbindən 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbindən 3, dövlət nümunəli olmayan diploma görə 3, ekvivalenti olmayan ixtisas səbəbindən 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 91, Rusiyadan 90, Ukraynadan 71, Gürcüstandan 17, Birləşmiş Krallıqdan 13, Polşadan 5, ABŞ-dan 3, Fransadan 2, İtaliyadan 2, Koreya Respublikasından 2, Qazaxıstandan 2, Almaniya, Cənubi Afrika Respublikası, Çexiya, Çin, İspaniya, İsveç, Macarıstan, Mərakeş, Niderland və Yaponiyadan hər bir ölkə üzrə 1 müraciət olub.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 31, iqtisadiyyat üzrə 26, menecment üzrə 21, biznesin idarə edilməsi üzrə 19, dövlət və bələdiyyə idarəetməsi üzrə 13 nəfər qeydə alınıb.