MUXTAR BABAYEV: MƏQSƏDİMİZ QLOBAL İSTİLƏŞMƏNİ 1,5 DƏRƏCƏYƏ QƏDƏR AZALTMAQDIR

“COP29-un ev sahibi kimi bütün dünya üçün nümunə olmalıyıq. Bu səbəbdən emissiyaların azaldılması üzrə milli planın yenilənməsi ilə bağlı işlər gedir. Məqsədimiz qlobal istiləşməni 1,5 dərəcəyə qədər azaltmaqdır”.

Bu sözləri 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev deyib.

O qeyd edib ki, COP29-da davamlı kənd təsərrüfatı, elm, su, texnologiya və innovasiya, davamlı urbanizasiya və sağlamlıqla bağlı müzakirələrə də üstünlük veriləcək: “Biz iqlim dəyişikliyinə qarşı ən həssas olan dövlətlərin problemlərini görmək üçün Afrika qitəsindən Asiyaya, eyni zamanda, Karib dənizinin kiçik ada dövlətlərinə qədər dünyanın bir çox bölgəsini gəzmişik”.

COP29-da müzakirə olunacaq məsələlər bir çox ölkələrin iqlim fəaliyyətinə sərmayə qoymağa çalışarkən qarşılaşdıqları maneələri aradan qaldırmağa kömək edəcək”, – deyə nazir əlavə edib.