AZƏRBAYCAN NEFTİNİN QİYMƏTİ 91 DOLLARI ÖTÜB

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,27 dollar və ya 1,4 faiz artaraq 91,32 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.