ŞANXAY ƏMƏKDAŞLIQ TƏŞKİLATININ ASTANA BƏYANNAMƏSİ QƏBUL EDİLİB

Qazaxıstan Respublikasının sədrliyi ilə Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında Astana Bəyannaməsi qəbul edilib.

“Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa doğru” mövzusunda keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Qazaxıstan ŞƏT-ə 2023-cü ilin iyulundan sədrlik edir. Astana Zirvə toplantısından sonra sədrlik Çin Xalq Respublikasına keçəcək.