Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Özbəkistan Respublikasının Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum hər iki mərkəzi bank arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə və genişləndirilməsinə, həmçinin maliyyə sektorunun inkişafına töhfə verəcək.
AMB-dən bildirilib ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Düşənbəyə işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının Mərkəzi Bankının sədri Mamarizo Nurmuratovla görüş keçirilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Qeyd edək ki, Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında mühüm sahələr üzrə tərəfdaşlığın dərinləşdirilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də qarşılıqlı səfərlərin təşkilinin həyata keçirilməsi nəzərdə tutulub.