AZƏRBAYCAN VƏ KAMERUN ARASINDA İDMAN SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Kamerun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezidenti Odette Assembe Enqolo ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir qonağa ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Odette Assembe Enqolo səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.