Azərbaycan nümayəndə heyəti Ərzurum şəhərinə səfər edib və burada iyulun 3-də Türkiyənin bu şimal-şərq vilayətinin müftisi Rustem Can ilə görüş keçirib.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Azərbaycanın Qarsdakı Baş konsulluğunun nümayəndələri və digərləri daxil olub.
İki qardaş ölkənin din sahəsində qarşılıqlı fəaliyyəti məsələləri üzrə fikir mübadiləsi aparılıb.