AZƏRBAYCANLI ƏSİRLƏR ÇOX PİS ŞƏRAİTDƏ SAXLANILIR – ELNUR MƏMMƏDOV

Azərbaycanlı əsirlər çox pis şəraitdə saxlanılır və onlar buna tab gətirməyərək həyatlarını itirirlər. Bu, insanlığa qarşı cinayətdir

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

Nazir müavini bildirib ki, Azərbaycan əsir, itkin, girov götürülmüş şəxslərlə bağlı BMT-nin qətnamələrinə hər zaman əməl edib. Hazırda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 3890 nəfər itkin düşüb və onlardan 3171 hərbçi, 719 isə mülki şəxsdir:

“Ermənistan 267 mülki şəxsi əsir götürüb. O cümlədən 29 uşaq, 98 qadın, 112 nəfər yaşlı şəxsi girov götürüb və geri qaytarmayıb. Azərbaycanlı əsirlər çox pis şəraitdə saxlanılır və onlar buna tab gətirməyərək həyatlarını itirirlər. Bu, insanlığa qarşı cinayətdir”.