ERMƏNİSTAN VƏ GÜRCÜSTAN XİN RƏHBƏRLƏRİ REGİONAL TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİBLƏR

Tbilisidə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 3-də gürcü həmkarı İlya Darçiaşvili ilə görüşüb.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər regional təhlükəsizlik məsələləri barədə də fikir mübadiləsi aparıblar.