“Tarixin arxivinə gömülmüş qanunsuz rejimin tör-töküntüləri son günlər Ermənistanda Azərbaycana qarşı bir sıra gülünc açıqlamalar verir”.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
“Hesab edirik ki, Ermənistanın öz ərazisində belə təxribatçı ünsürlərin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünüt təhdid edən fəaliyyətinə göz yumması onun Azərbaycanla sülh sazişi imzalaması istəyinin səmimiliyini sual altına salır. Ermənistan hakimiyyəti, hələ də özlərini qondarma adlar altında təqdim edən “nümayəndələrin” Azərbaycana qarşı fəaliyyətinə imkan yaratmamalıdır.