2023-cü ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti azalıb.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, 2023-cü ilin sonuna İşsizlikdən Sığorta Fondunun istifadə olunmamış vəsaiti 57 953 200,0 manatdan 53 253 200,0 manata endirilib.
Eyni zamanda, işsizlikdən sığorta üzrə sığorta haqlarının 179 976 800,0 manatdan 184 676 800,0 manata qaldırılıb. Bu, qeyri-büdcə sektoru üzrə işsizlikdən sığorta üzrə sığorta haqlarının 134 600 000,0 manatdan 139 300 000,0 manata qaldırılması hesabına təmin ediləcək.
Beləliklə, İşsizlikdən Sığorta Fondunun istifadə olunmamış vəsaitində 4 700 000 manat azalma və qeyri-büdcə sektoru üzrə işsizlikdən sığorta üzrə sığorta haqlarının 4 700 000 manat artırılması nəticəsində İşsizlikdən sığorta fondunun gəlir və xərcləri dəyişməyib.