Türk Dövlətləri Təşkilatının (TDT) Şuşa sammitinin proqramı açıqlanıb.
TDT-dən verilən məlumata görə, iyulun 6-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.
Qeyd edilib ki, görüşdə Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentlərinin təşkilata müşahidəçi qismində üzv olan dövlətlərin liderləri, eləcə də qurumun Baş katibinin iştirakı gözlənilir.
“Nəqliyyat bağlantısı və İqlim Fəaliyyəti vasitəsilə Davamlı Gələcəyin qurulması” mövzusu ilə keçiriləcək sammit təşkilatın əsas məsələləri və gündəliyi üzrə yüksək səviyyəli müzakirələr üçün platforma rolunu oynayacaq.
Görüşün sonunda Qarabağ Bəyannaməsinin, eləcə də bəzi digər mühüm sənədlərin imzalanması gözlənilir.