Biz Ermənistanda mövcud olan demokratiyanın keyfiyyətindən narazıyıq. Xüsusən də, mənim fikrimcə, yerli özünüidarə səviyyəsində seçkilər kifayət qədər siyasiləşdirilib.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 1-də “Demokratiya naminə Ermənistan Forumu”nda müzakirələr zamanı söyləyib.
“Bizim üçün demokratiya şərait məsələsi deyil, strategiyadır və hökumət bu strateji yolu davam etdirəcək”, – deyə Nikol Paşinyan vurğulayıb.
Baş nazir ölkəsində söz və mətbuat azadlığının da çox aşağı və qorxunc səviyyədə olduğunu bildirib.
O deyib: “Elə etməliyik ki, söz və mətbuat azadlığı ictimaiyyət tərəfindən “şok edən cadugər” kimi yox, “yaxşı görünüşlü qonaq” kimi qəbul edilsin”.