AZƏRBAYCANIN YUNAN-ROMA GÜLƏŞÇİLƏRİ “ASİYA UŞAQLARI” OYUNLARINA 2 MEDALLA BAŞLAYIBLAR

Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarına 1 qızıl və 1 bürünc medalla start veriblər.

44 kiloqramda yarışan Qurban Məcnunov finalda Şimali koreyalı Sim Kim Conla üz-üzə gəlib. O, rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Digər güləşçi Yusif Mirzəyev (38 kiloqram) isə 3-cü yer uğrunda qarşılaşmada tacikistanlı Muhəmmədnəsin İbodulayevdan üstün olub.