AZƏRBAYCAN İLƏ GÜRCÜSTAN ARASINDA PARLAMENTLƏRARASI MÜNASİBƏTLƏRİN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Görüşdə iki ölkənin müxtəlif qurumları, eləcə də parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Bildirilib ki, parlamentlər ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsində və möhkəmlənməsində mühüm rol oynayır.

Qeyd edilib ki, regional sülhün və sabitliyin əldə olunmasında da parlament diplomatiyası xüsusi rola malikdir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.