DÖVLƏT QULLUĞUNDA İNZİBATİ RƏHBƏR VƏZİFƏLƏR ÜZRƏ MÜSABİQƏNİN TEST İMTAHANINA QEYDİYYAT ELAN EDİLİB

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 28-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirəcək.

DİM-dən bildirilib ki, imtahan verəcək namizədlərin qeydiyyatı 27 iyun saat 14:30-dan 18 iyul saat 11:00-dək aparılacaq.

İmtahan kompüterlər vasitəsilə keçiriləcək.

İmtahan vermək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları barədə məlumar DİM-in saytında yerləşdirilib.

“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.