Azərbaycan türkü qardaşlarımızın sülhü və təhlükəsizliyi naminə qəhrəmanlıq və fədakarlıqla xidmət edən qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106-cı ildönümü mübarək.
Bu ifadələr Türkiyənin Milli Müdafiə Nazirliyinin 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə yayımladığı təbrik mesajında yer alıb.
Nazirliyin rəsmi “X” sosial media hesabında edilən paylaşımda “Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik”-deyə vurğulanıb.