AZƏRBAYCAN İLƏ MƏRAKEŞ ARASINDA VİZA TƏLƏBİ LƏĞV EDİLİR

Azərbaycan və Mərakeş ümumvətəndaş pasportlarının sahiblərini viza tələbindən azad edir.

“Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq olunması barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Saziş 2024-cü il mayın 4-də Bancul şəhərində imzalanıb.