DÖVLƏT QULLUĞU VƏZİFƏLƏRİ ÜZRƏ İMTAHAN VERƏCƏK NAMİZƏDLƏR BURAXILIŞ VƏRƏQƏSİNİ ÇAP EDƏ BİLƏRLƏR

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun olan vəzifələr üzrə iyunun 30-da test imtahanı verəcək namizədlər imtahana buraxılış vərəqəsini Dövlət İmtahan Mərkəzinin saytından çap edə bilərlər.

Bu barədə Mərkəzdən məlumat verilib.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir. Bu sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.