CƏNUBİ AFRİKA RESPUBLİKASINDA İLK AZƏRBAYCAN DİASPOR TƏŞKİLATI YARADILIB

Cənubi Afrika Respublikasında (CAR) ilk Azərbaycan diaspor təşkilatı – Azərbaycan-CAR Mədəniyyət Assosiasiyası yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, təşkilat Pretoriya şəhərində yaşayan həmyerlimiz, xoreoqraf Azər Mirzəyev tərəfindən təsis olunub və qeydiyyatdan keçirilib.

Azərbaycan-CAR Mədəniyyət Assosiasiyasının nəzdində “Xarıbülbül” rəqs qrupu fəaliyyət göstərir. Qrupa yerli xalqların nümayəndələri cəlb olunublar.

Qeyd edək ki., Azər Mirzəyev uzun illərdir CAR-da yaşayır və milli rəqslərimizin müxtəlif yarışlarda təbliği ilə məşğuldur.