
Rusiyanın Amur vilayətində “Robinson R-66” helikopterinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə şərq regionlararası istintaq idarəsi məlumat yayıb.
İlkin məlumatlara görə, iyunun 20-də “Meridian” MMC-ə məxsus helikopter taxta emalı zavodunun ərazisindən havaya qalxsa da, təyinat yerinə çatmayıb. Axtarışlar bir sutkadan çox davam edib. Xilasedicilər onu tayqada tapıblar; pilot və üç sərnişin həlak olub.