TOKİO-2020: QADIN PARA-CÜDOÇUMUZ DÜRSƏDƏF KƏRİMOVA QIZIL MEDAL QAZANIB

Qadın para-cüdoçumuz Dürsədəf Kərimova Tokio-2020 16-cı Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, qadınlar arasında +70 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Dürsədəf Kərimova finaldakı rəqibi Zarina Baibatinanı məğlub edərək qızıl medalını qazanıb.