LÜKSEMBURQUN BÖYÜK HERSOQU PREZİDENT İLHAM ƏLİYEVİ TƏBRİK EDİB

Lüksemburqun Böyük Hersoqu Anri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə şəxsi rifah, Azərbaycan xalqına isə firavanlıq və xoşbəxtlik arzulayıram”.