Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 31-də Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Qarabağla bağlı üçtərəfli razılaşmaların reallaşdırılmasını müzakirə edəcək.
Görüş zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının reallaşdırılması məsələsi nəzərdən keçiriləcək.
Bundan başqa, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması və digər humanitar məsələlər müzakirə mövzusu olacaq.