
Xocalı aeroportunda Azərbaycanın Dövlət Bayrağının qaldırılması Ukraynanın nüfuzlu media qurumlarında geniş işıqlandırılıb.
“Ukrinform” dövlət informasiya agentliyi, “Yevropeyska Pravda”, “Korrespondent” xəbər portalları, “Azadlıq Radiosu”nun Ukrayna redaksiyası, “Gordon” nəşri və digər media qurumları Azərbaycan Müdafiə Nazirliyinin bu barədə məlumatını yayıblar.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkənin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb. Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazini tam tərk edib.