
Çərşənbə günü axşam saatlarında Ermənistan parlamentinin binası yaxınlığında baş verən toqquşmalarda 101 nəfər yaralanıb.
Bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yaralılar arasında etirazçılarla yanaşı, polis əməkdaşlarının da olduğu bildirilir. 85 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, qalanları xəstəxanaya yerləşdirilib.
Polis parlament binası qarşısında baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəallarına qarşı səs qumbaralarından istifadə edib.