“BAYRAKTAR” YENİ PUA-LARI ÜÇ GÜN SONRA TƏQDİM EDƏCƏK

Türkiyənin “Baykar” şirkəti avqustun 29-da “Akıncı” zərbə pilotsuz uçuş aparatlarının (PUA) təhlükəsizlik qüvvələrinə təhvil veriləcəyini elan edib.

Bu barədə şirkətin “Twitter” səhifəsində yazılıb.

Şirkətin rəhbəri Səlcuk Bayraktarın sözlərinə görə, “Bayraktar Akıncı” zərbə PUA-ları üç gün sonra, avqustun 29-dan Türkiyə səmasını etibarlı şəkildə mühafizə edəcək.