PREZİDENT İLHAM ƏLİYEV AKİF HÜMBƏTOVU ORDENLƏ TƏLTİF EDİB

Prezident İlham Əliyev Akif Hümbətovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Akif Hümbət oğlu Hümbətov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.