
MTM (Media Təhlil Mərkəzi) Dövlət Statistika Komitəsinin son 5 ildə ölkədə dərman preparatlarının istehsalı ilə bağlı açıqladığı rəsmi məlumatları müqayisə edib.
Nəticələr göstərir ki, son iki ildə dərman preparatlarının istehsal həcmi kəskin artıb.
Rəsmi rəqəmlərə görə, 2021-ci ildə ölkədə 1,6 milyon manat həcmində dərman preparatları istehsal edilibsə, 2022-ci ildə bu həcm 332,8% (4,3 dəfə) və ya 5,3 milyon manat artıb. 2023-cü ildə isə daha 15,2% və ya 1 milyon manat artaraq istehsal həcmi 7,9 milyon manata çatıb.
2024-cü ilin I rübündə isə ölkəmizdə 3,3 milyon manat həcmində dərman preparatları istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5% və ya 141 min manat çoxdur.