TÜRKPA-YA SƏDRLİK AZƏRBAYCANA KEÇİB

TÜRKPA-nın fəaliyyətdə olan sədrliyi Türkiyədən Azərbaycana təhvil verilib.

Bu barədə TÜRKPA Assambleya Şurasının Bakıda keçirilən iclasında qərar qəbul edilib.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş sədrliyi Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya təhfil verib.