YENİ TƏDRİS İLİ ÜÇÜN 109 MİNƏ YAXIN UŞAQ ARTIQ MƏKTƏBİNİ VƏ MÜƏLLİMİNİ MÜƏYYƏN EDİB

Birinci sinfə qəbulda 109 minə yaxın uşaq artıq məktəbini və müəllimini seçib.

Bu barədə bu gün Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin sədri Eşqi Bağırov media üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Azərbaycan bölməsi üzrə bu rəqəm ümumi uşaqların 83 faizini təşkil edir.

Qeyd edək ki, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.