MACARISTAN ŞİRKƏTİ İLƏ “ŞAHDƏNİZ” LAYİHƏSİNDƏ PAY ALIŞINA DAİR SƏNƏD İMZALANIB

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə Azərbaycan – Macarıstan iqtisadi əlaqələrini gücləndirən birgə layihələr, enerji, nəqliyyat, əczaçılıq sahələrində fəal əməkdaşlıq, macar şirkətlərinin ölkəmizdəki fəaliyyəti və İnvestisiya tərəfdaşlığımızın təşviqi barədə fikirlərimizi bölüşdük.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Macarıstanın MVM şirkətinin Şahdəniz layihəsində pay alışı ilə bağlı imzalanan sənəd ölkələrimizin iqtisadi və enerji tərəfdaşlığını daha da gücləndirəcək”, – deyə o qeyd edib.

Macarıstan şirkəti ilə "Şahdəniz" layihəsində pay alışına dair sənəd imzalandı (FOTO)
Macarıstan şirkəti ilə "Şahdəniz" layihəsində pay alışına dair sənəd imzalandı (FOTO)
Macarıstan şirkəti ilə "Şahdəniz" layihəsində pay alışına dair sənəd imzalandı (FOTO)