ŞUŞA SAKİNLƏRİ BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVANI AD GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK EDİBLƏR

Şuşa sakinləri ilk dəfə doğma şəhərlərindən Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik ediblər.

Avqustun 26-da daha bir qrup Şuşa sakini doğma şəhərlərini görmək imkanı qazanıb. 52 nəfər sakinin səfəri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ad gününə təsadüf edib və bu münasibətlə sakinlər sülh rəmzi olan göyərçinləri səmaya buraxıblar, Birinci vitse-prezidentə xoş arzularını çatdırıblar.

Xatırladaq ki, avqustun 19-dan etibarən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə 100-dən çox şəhər sakinləri öz doğma yurdlarına səfər ediblər. Səfərlərin mütəmadi təşkil olunması nəzərdə tutulur.