HƏRBİ QULLUQÇUMUZ “AFRİKA ASLANI-2024” TƏLİMİNDƏ İŞTİRAK EDİB

Mərakeşin Aqadir şəhərində keçirilən “Afrika Aslanı-2024” beynəlxalq hərbi təlimlərinin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələlərdən ibarət olan təlimlərdə terror qrupları ilə mübarizə əməliyyatlarına dair müxtəlif tapşırıqlar icra edilib.

Qeyd edək ki, 20-ci dəfədir keçirilən təlimlərin başlıca məqsədi regional sülhü, eləcə də beynəlxalq təhlükəsizlik və sabitliyi dəstəkləməkdir.