
Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Zati-aliləri, cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Peru hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Bu əlamətdar gündə Azərbaycan xalqının rifahı və firavanlığı ilə bağlı ən xoş arzularımı yetirirəm. Peru dövlətinin ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdə maraqlı olduğunu vurğulayıram. Mən, həmçinin xalqlarımızı yaxınlaşdıracaq yeni qarşılıqlı maraq sahələrini müəyyənləşdirmək istəyimi ifadə edirəm.
Fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirərəm”.
xxx
13:58
Kambocanın Kralı Norodom Sihamoni Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, dost Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Səmimi-qəlbdən inanıram ki, Kamboca ilə Azərbaycan arasında əlaqələr qarşılıqlı maraq doğuran məsələlərdə, xüsusilə də dünyada sülh və təhlükəsizliyin təmin edilməsində daha da möhkəmlənəcək və inkişaf edəcək”.
xxx
10:34
Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Fəqiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Zati-aliləri cənab Prezident.
Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin bütün üzvləri adından Sizə Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq.
2008-ci ildə təsis ediləndən etibarən Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanın əsas tarixi hadisələrini qeyd etmək, ölkə ilə bağlı həqiqətləri geniş ictimaiyyətə çatdırmaq istiqamətində səylərini əsirgəməmişdir. Cəmiyyətimiz, həmçinin müxtəlif sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirmək, hazırkı və gələcək nəsillərimiz arasında əlaqələri möhkəmləndirmək işinə töhfə verməkdə davam edir.
Cənab Prezident, bu bayram münasibətilə Sizə ən xoş arzularımızı bildirir, Azərbaycana sülh, tərəqqi və firavanlıq diləyirik”.
xxx
29.05.2024
19:52
Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Zati-aliləri.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Avstraliya hökuməti və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu il Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Konfransına ev sahibliyi etməkdə sizə uğurlar arzulayıram.
Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətləri növbəti illərdə də inkişaf etməkdə davam edəcək”.
xxx
19:50
İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə şəxsən öz adımdan, həmçinin İraq Respublikasının hökuməti və xalqı adından Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin uğurla davam edəcəyinə əmin olduğumu bildirirəm.
Zati-aliləri, Sizə davamlı uğurlar və xoşbəxtlik, Azərbaycan hökumətinə tərəqqi, xalqına isə firavanlıq arzulayıram”.
xxx
19:34
Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.
Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram”.
xxx
19:32
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Zati-aliləri.
Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, ölkənizin daha da sürətli inkişafı naminə ən xoş arzularımı bildirirəm.
Əminəm ki, ikitərəfli münasibətlərimiz ümumi maraqlara cavab verən bütün sahələrdə dostluq ruhunda inkişaf edəcək, ölkələrimizin və xalqlarımızın rifahı naminə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
xxx
18:40
Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedradan və vitse-prezidenti Rosario Muriyo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Zati-aliləri, əziz Qardaşımız.
İcazə verin, Nikaraqua Respublikasının xalqı, Barışıq və Milli Birlik Hökuməti adından və şəxsən öz adımızdan Sizə, qardaş Azərbaycan xalqına və hökumətinə əlamətdar tarix – 28 May – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi çatdıraq.
Daim firavan və müstəqil olan Nikaraquadan bu zəfərlər, milli suverenlik və müstəqillik tarixini qeyd etməkdə sizə qoşuluruq. Qardaş Azərbaycan xalqı və hökuməti ilə ənənəvi dostluq və əməkdaşlıq əlaqələrini bundan sonra da möhkəmləndirməyə sadiqliyimizi bir daha vurğulayırıq.
Hörmətli Prezident, Sizi qardaşcasına bağrımıza basır, dost Azərbaycan xalqına sülh, inkişaf və firavanlıq arzularımızı çatdırırıq”.
xxx
18:38
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.
1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin imzalanması güclü müstəqil dövlətin inkişafının bünövrəsini qoydu.
Böyük tarixi və zəngin mədəniyyəti olan Azərbaycan bu gün iqtisadi və sosial sahələrdə mühüm uğurlar qazanır, regionda və dünyada xarici siyasət mövqelərini möhkəmləndirir. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə qüdrətli və inkişaf edən dövlətə çevrilib.
Bu əlamətdar gündə xalqınız yeni Azərbaycanın təşəkkül tapması, ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi üçün çox işlər görmüş Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin xatirəsini ehtiramla anır.
Sankt-Peterburq iyirmi ildən artıq müddətdə uğurla inkişaf edən Azərbaycan Respublikasındakı tərəfdaşları ilə etimad və qarşılıqlı hörmət əsasında konstruktiv dialoqu yüksək qiymətləndirir.
Əminəm ki, bu yaxınlarda Sankt-Peterburqun Bakıda mədəni-işgüzar missiyası ölkələrimiz və şəhərlərimiz arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Əldə olunmuş razılaşmalar Peterburq-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək.
Azərbaycana tərəqqi, ölkənin sakinlərinə sülh və əmin-amanlıq arzulayıram”.
xxx
16:43
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Zati-aliləri.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik.
Bu əlamətdar tarix Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsinin, sosial-iqtisadi inkişafında nəzərəçarpan nəticələrin əldə olunmasının, ölkənin beynəlxalq arenada nüfuzunun artmasının rəmzidir.
Mən Azərbaycan xalqının mədəniyyətini və qonaqpərvərliyini hiss etdiyim, çoxlu müsbət təəssüratlar aldığım Bakı səfərimi və Sizinlə görüşümü məmnunluqla xatırlayıram.
Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatı ailəsinin ayrılmaz parçasıdır və təşkilatın dialoq üzrə ən fəal tərəfdaşlarındandır. Əminəm ki, birgə səylərimizlə qarşılıqlı münasibətlərimizin məzmununu gələcəkdə daha da zənginləşdirəcəyik.
Zati-aliləri, icazə verin Sizə möhkəm cansağlığı və işlərinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayım”.
xxx
16:41
İtaliyada fəaliyyət göstərən Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 106-cı ildönümü münasibətilə Sizi təbrik edirik. 28 May zəngin tarixə, mədəniyyətə malik Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bir gündür. Bu əlamətdar bayram münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi arzularımızı çatdırırıq.
İtaliya ilə Azərbaycanı qarşılıqlı hörmətə, əməkdaşlığa və dostluğa əsaslanan güclü tərəfdaşlıq birləşdirir. Biz ölkələrimizin rifahı naminə bütün sahələrdə əlaqələrimizi daha da gücləndirmək əzmindəyik.
Əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bundan sonra da inkişaf edəcək və bütün sahələrdə daha böyük uğurlar qazanacaqdır. Sizə və Azərbaycan xalqına sülh, sabitlik, firavanlıq və xoşbəxtlik diləyirik.
Yaşasın Azərbaycan!”.
xxx
14:55
Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
Sizi və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Bu bayram ölkənin zəngin tarixini, onun sarsılmaz suverenliyini və müstəqilliyini, dünya arenasında nüfuzlu mövqeyini, həmçinin Azərbaycan xalqının birliyini təcəssüm etdirir. Azad olunmuş ərazilərin fəal şəkildə bərpası ölkənin nailiyyətlərinin növbəti örnəyi oldu.
Əminəm ki, Azərbaycan Sizin müdrik rəhbərliyinizlə sürətli inkişaf yolunu uğurla davam etdirəcək. Mehriban qonşular olan ölkələrimiz arasında səmimi münasibətlər isə yeni strateji tərəfdaşlıq əsasında və iqtisadi, təhsil, humanitar, mədəni əməkdaşlıq sahələrində xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəkdir.
İcazə verin, Sizə, doğmalarınıza və Azərbaycan xalqına sülh, əmin-amanlıq, cansağlığı, xoşbəxtlik və bütün sahələrdə yeni uğurlar naminə tükənməz enerji arzulayım”.
xxx
14:53
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Zati-aliləri.
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan milli bayramınız – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, tükənməz enerji, sülh, sabitlik və Azərbaycan xalqının tərəqqisi naminə səmərəli fəaliyyətinizdə uğurlar arzulayıram.
Sizi əmin edirik ki, “Mir” Teleradio Şirkəti gələcəkdə də Azərbaycanın həyatını və baş verən hadisələri maksimum dərəcədə obyektiv və geniş işıqlandıracaq”.
xxx
14:51
Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti Həsən Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Beynəlxalq Rusiyalı Həmvətənlər Şurasının, Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının, Rusiya Vəkillər Gildiyasının, H.B.Mirzəyev adına Rusiya Vəkillik və Notariat Universitetinin adından və şəxsən öz adımdan Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Azərbaycan Sizin müdrik rəhbərlinizlə irimiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir.
Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr gündən-günə genişlənir və möhkəmlənir. 2022-ci ilin fevralında imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” şübhəsiz ki, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətli inkişafına kömək edəcək və bu da dost xalqlarımızın maraqlarına uyğundur.
Bir soydaş kimi, tarixi Vətənimlə fəxr edirəm, onu əziz tuturam və Azərbaycan Respublikasında bütün müsbət dəyişikliklərə səmimi-qəlbdən sevinirəm.
Xüsusi vurğulamaq istəyirəm ki, Siz atanızın – Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasında əsasını qoyduğu islahat kursunun layiqli davamçısısınız. Sizin fəal vətənpərvərlik və vətəndaşlıq mövqeyiniz, dövlət əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməyiniz Vətənə layiqli xidmət örnəyidir.
Qoy enerji, gümrahlıq və ruh yüksəkliyi daim Sizinlə olsun! Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə müvəffəqiyyətlər və Azərbaycan xalqının rifahı naminə yeni-yeni nailiyyətlər arzulayıram.
Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına cansağlığı, sülh və əmin-amanlıq diləyirəm.
Hörmətlə,
Həsən Mirzəyev
Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti,
Rusiya Vəkillər Gildiyasının prezidenti,
Rusiya Federal Vəkillər Palatasının vitse-prezidenti
H.B.Mirzəyev adına Rusiya Vəkillik və Notariat Universitetinin rektoru, Rusiya Federasiyasının Əməkdar hüquqşünası,
hüquq elmləri doktoru, professor, Rusiyanın fəxri ədliyyə işçisi”.
xxx
13:12
Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Sizi və Azərbaycan Respublikasının bütün sakinlərini milli bayram – Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Azərbaycan mədəniyyəti və tarixi ilə zəngindir. Ölkə bu gün Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf sahəsində yüksək nəticələr əldə edir. Azərbaycan dünya səviyyəli mədəniyyət və idman tədbirlərində fəal iştirak edir ki, bu da respublikanın nüfuzunun göstəricisidir.
Şübhəsiz ki, ölkənin əsas sərvəti onun qonaqpərvər, zəhmətkeş və müdrik vətəndaşlarıdır. Onların öz əlləri ilə qurub yaratdıqları dünyanın hər yerindən gələn qonaqları heyran edir.
Azərbaycan ilə Qaraçay-Çərkəz Respublikası arasında səmimi dostluq münasibətləri yaranıb. İnanıram ki, əməkdaşlığımız bundan sonra da respublikalarımızın hərtərəfli inkişafına yönələcəkdir.
Sizə və günəşli Azərbaycanın bütün sakinlərinə möhkəm cansağlığı, əmin-amanlıq və tərəqqi arzulayıram”.
xxx
13:02
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Zati-aliləri, əziz Qardaşım.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan, Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə daha çox inkişaf və firavanlıq diləməkdən məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi birləşdirən qardaşlıq və əməkdaşlıq münasibətlərinin artan dinamika ilə inkişafından şad olduğumu bildirirəm. Dost xalqlarımıza xidmət baxımından əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə işləmək istəyimi bir daha ifadə edirəm.
Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
xxx
13:00
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Pyotr Qlıboçko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Sizi milli bayramınız – Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvəri kimi, Siz xalqınızın rifah halını durmadan yüksəldir və ölkənizin nüfuzunu bütün dünyada artırırsınız.
Cənab Prezident, Sizə və bütün Azərbaycan xalqına davamlı inkişaf və tərəqqi arzulayıram”.
xxx
11:41
Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Qərb və Şərq sivilizasiyalarının mütərəqqi nailiyyətlərini tətbiq edən Azərbaycan Sizin rəhbərliyiniz sayəsində əsas dəyərləri – mədəniyyəti, mənəviyyatı, milli özünəməxsusluğu qoruyub saxlayır. Ölkədə ailə institutu, yaşlı nəslin xidmətlərinə hörmət, vətənpərvərlik hissi möhkəmlənir.
Hörmətli İlham Heydər oğlu, icazə verin, fürsətdən istifadə edərək “LUKOYL”un Azərbaycanda fəaliyyətinə göstərilən hərtərəfli dəstəyə görə dərin minnətdarlığımı bildirim, həmçinin Sizə və bütün Azərbaycan xalqına xoşbəxt həyat, sülh və tərəqqi arzulayım”.
xxx
11:39
Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti yerli ictimai təşkilatının sədri Ramiz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti yerli ictimai təşkilatı adından Sizi Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Sizin illər boyu apardığınız uğurlu daxili və xarici siyasət öz bəhrələrini verir. Azərbaycan sürətlə inkişaf edərək, yüksək nüfuz və hörmət qazanaraq beynəlxalq arenada layiqli yerini tutub.
Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə sürətlə irəliləyərək təkcə regional deyil, həm də beynəlxalq arenada inamlı və nüfuzlu mövqelər qazanır, sosial-iqtisadi inkişaf yolu ilə addımlayır.
Sizin daimi diqqətiniz sayəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, xüsusən Tatarıstan Respublikası arasında dostluğa, qardaşlığa, qarşılıqlı hörmətə və xalqlarımızın dəstəyinə əsaslanan ikitərəfli əməkdaşlığın üfüqləri genişlənir. Azərbaycanın inkişafı, onun nüfuzunun artırılması və dünya miqyasında mövqelərinin gücləndirilməsi, həmçinin Rusiyadakı Azərbaycan ictimai təşkilatlarının dəstəklənməsi, ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətində gördüyünüz işlərə görə Sizə minnətdarıq. Fəxr edirik ki, müstəqil Azərbaycan dövləti bu gün beynəlxalq miqyasda öz nüfuzunu artırıb.
Cənab Prezident, Sizə və yaxınlarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, hər zaman yüksək əhval-ruhiyyə və işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Ramiz Məmmədov
Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin
və Leninoqorsk rayonunun “Birlik” Azərbaycan Milli-Mədəni
Muxtariyyəti yerli ictimai təşkilatının sədri”.
