
San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Rossi və Milena Qasperoni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
Məktubda deyilir:
“Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq.
Bu əlamətdar gündə Zati-alinizə ən yüksək ehtiramımızı bildirir, uğurlar diləyir, Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzu edirik”.
xxx
13:48
Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
Məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan böyük məmnunluq duyuruq. Doğma Azərbaycan Respublikasına və onun xalqına Allah-Taaladan daha böyük tərəqqi və rifah diləyirik.
Misir-Azərbaycan Dostluq Cəmiyyəti Misir və Azərbaycan xalqları arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün maksimum səy göstərir.
Qoy Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim inkişaf etsin və daha da firavanlaşsın!
Xahiş edirik, ən xoş arzularımızı və yüksək ehtiramımızı qəbul edin.
Dərin hörmətlə,
Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri:
Əli Cümə
Misir Ərəb Respublikası parlamentinin Dini işlər və vəqflər komitəsinin
sədri, professor
Usamə əl-Əbd
Misir parlamentinin Dini işlər və vəqflər komitəsi sədrinin müavini,
professor
Əl-Seyyid Mahmud əl-Şərif
Seyyidlər Həmkarlar İttifaqının sədri, Misir parlamenti sədrinin sabiq
birinci müavini
Yusif əl-Şərqavi
Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri
Adil Dərviş
Misir Helvan Universitetinin professoru, Misir Mədəniyyət Mərkəzinin Azərbaycan Respublikasındakı keçmiş direktoru
Bağdadi İmam
Misir Ərəb Respublikası Ali Təhsil Nazirliyinin baş direktoru
Tövhid Məhəmməd
müşavir, vəkil, Misir əl-Xeyir Fondunun Hüquqi İşlər üzrə direktoru
Midhət Camal
general, Misir əl-Xeyir Fondunda “İbn əs-Səbil” layihəsinin rəhbəri
Sabir Həsən
Ali Mədəniyyət Şurasının üzvü
Mona Zidan
Helvan Universitetinin professoru
Əhməd Əbdu Tarabek
Orta Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı və jurnalist
Mustafa Hicazi
“Orange” şirkətinin baş direktoru
Seymur Nəsirov
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və Misirdəki
Azərbaycan diasporunun sədri.
xxx
11:50
İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə İndoneziya Respublikasının hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Bu xüsusda icazə verin İndoneziya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə görə Sizə səmimi təşəkkürümü bildirim. Əldə edilən nailiyyətlər dövlətinizin uğurlu siyasətinin təsdiqidir. İnanıram ki, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə təklif edəcəyi çox məsələlər var və əməkdaşlığımızın ölkələrimiz üçün əhəmiyyətli faydalar hasil edəcəyinə əminəm.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə bir daha dərin ehtiramımı ifadə edirəm”.
xxx
11:44
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
İcazə verin Sizə öz ehtiramımı bildirim və Zati-alinizi Müstəqillik Günü münasibətilə təbrik edim.
Bu əlamətdar gündə Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və doğma ölkənizin inkişafı naminə səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında uzun illər ərzində davamlı strateji tərəfdaşlıq xarakteri almış çoxplanlı qarşılıqlı fəaliyyətin inkişafına göstərdiyiniz hərtərəfli dəstəyə və şəxsi töhfənizə görə Sizə təşəkkürümü bildirirəm. Əminəm ki, gələcəkdə də birgə səylərlə qarşılıqlı hörmətə və etibarlı əməkdaşlığa əsaslanan ənənələri fəal şəkildə möhkəmləndirəcəyik”.