RUSİYA ERMƏNİSTANDAKI SƏFİRİNİ MƏSLƏHƏTLƏŞMƏLƏR ÜÇÜN GERİ ÇAĞIRIB

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun şərhində deyilir: “Mayın 24-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün geri çağırılıb”.