
Azərbaycanın MMA döyüşçüsü Məhərrəm Həsənzadə növbəti görüşünü keçirib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, idmançı Qazaxıstanın Almatı şəhərində keçirilən “Naiza & Fight nights” ilə birləşmiş beynəlxalq turnirində rinqə çıxıb.
Onun rəqibi qazaxıstanlı Bekzhan Utemisov olub. Qarşılaşma M. Həsənzadənin qələbəsi ilə başa çatıb.

