AZƏRBAYCANLA SƏRHƏDLƏRİN DEMARKASİYASI VƏ DELİMİTASİYASI MAKSİMUM TEZ BAŞLAMALIDIR – PAŞİNYAN

Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası maksimum tez başlamalıdır.

Erməni KİV-lərinin məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

N.Paşinyan bildirib ki, Ermənistandakı siyasi vəziyyətlə əlaqədar yazda planlaşdırılan nəticəni əldə etmək mümkün olmayıb.

Baş nazir eyni zamanda Ermənistanın Azərbaycanla regional kommunikasiyaları bərpa etməyə hazır olduğunu bildirib.