“ŞUŞA TÜRK DÖVLƏTLƏRİ BİRLİYİNİN MƏDƏNİYYƏT İNCİSİDİR” – BEYNƏLXALQ UŞAQ YARADICILIQ FESTİVALI KEÇİRİLƏCƏK

İyunun 1-də “Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, Şuşada keçiriləcək tədbir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunacaq.

Türk dövlətlərinin məktəbliləri Şuşada bir araya gələrək türk xalqlarının mədəniyyət incilərini təqdim edəcəklər.