“QARABAĞIN RƏNGLƏRİ” LAYİHƏSİNƏ TƏQDİM EDİLMİŞ ESKİZLƏRİN İÇƏRİSİNDƏN 23 TƏLƏBƏNİN ƏSƏRİ SEÇİLİB

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri çox həvəslə “Qarabağın rəngləri” layihəsinə qoşuldular. Akademiyanın 60-dan çox tələbəsi eskizini komissiyaya təqdim etdi. Layihəyə təqdim edilmiş 60-dan yuxarı eskiz içərisindən cəmi 23 tələbənin əsəri seçilib.

Bunu Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev “Qarabağın Rəngləri” layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.

Eskizlərin bir-birindən maraqlı olduğunu diqqətə çatdıran rektor əsərlərin ərsəyə gəlməsində Akademiyanın professor-müəllim heyətinin də böyük əməyinin olduğunu vurğulayıb.