
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılmış təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb.
Bu gündən etibarən BTQ dəmir yolu xətti üzrə yükdaşımalara start verilib.
Abşeron Logistika Mərkəzindən 20 konteynerdən ibarət ilk yük qatarı Gürcüstan istiqamətinə yola salınıb.
Qeyd edək ki, BTQ-nin genişləndirilməsi işlərinə ötən ildən başlanılıb.
İlkin mərhələdə yükdaşımaların həcmi ildə 6,5 milyon ton olacaq, həmçinin 1 milyona qədər sərnişinin daşınması nəzərdə tutulur.