
Hindistanın mərkəzi hissəsindəki Çhattisqarh əyalətində avtomobilin dərəyə aşması nəticəsində azı 18 nəfər həlak olub, yeddi nəfər yaralanıb.
“Hindustan Times” saytı xəbər verir ki, yerli polisin açıqlamasın görə, yaralılar xəstəxanaya yerləşdirilib. Qəza bu gün yerli vaxtla saat 13.45 radələrində baş verib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.