İRAN PREZİDENTİ VƏ XARİCİ İŞLƏR NAZİRİ HELİKOPTER QƏZASINDA HƏLAK OLUB

İran Prezidenti İbrahim Rəisinin helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

Bu barədə IRNA agentliyi məlumat yayıb.

Məlumata görə, helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.