MÜHƏNDİS-İSTEHKAM BÖLMƏLƏRİ İLƏ TAKTİKİ-XÜSUSİ MƏŞQLƏR KEÇİRİLİR

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, məşqlər zamanı çətin relyefli ərazidə şərti düşmənin qurduğu mühəndis maneələrindən piyada və döyüş texnikası üçün keçidlər açılır, kolon yolları hazırlanır, maneələr üzərində körpülər qurulur.

Hərbi mühəndislər taktiki-xüsusi məşqlər zamanı qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir.