ARARAT MİRZOYAN ERMƏNİSTANIN XARİCİ İŞLƏR NAZİRİ TƏYİN OLUNUB

Ermənistanın sabiq spikeri Ararat Mirzoyan xarici işlər naziri təyin olunub.

A. Mirzoyanın namizədliyi Baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülüb. Ermənistan Prezidenti Armen Sarkisyan Ararat Mirzoyanın Ermənistanın xarici işlər naziri təyin olunması ilə bağlı fərman imzalayıb.

Qeyd edək ki, Ara Ayvazyan istefa verdikdən sonra Ermənistanda bu vəzifə boş qalmışdı.