ASLAN ASLANOV 1-Cİ DƏRƏCƏLİ “VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ORDENİ İLƏ TƏLTİF EDİLİB

Prezident İlham Əliyev A.Ə.Aslanovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında mətbuat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Aslan Əhməd oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.